Məhkəmə keçmiş müstəntiqin kassasiya şikayətinə baxacaq


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-05-30 17:31:29

İyunun 20-də Ali Məhkəmədə prokurorluğun keçmiş müstəntiqi Rüfət Səfərovun kassasiya şikayətinə baxılacaq. Bu barədə Turan-a vəkil Bəhruz Bayramlı bildirib.

R.Səfərov 2016-cı ilin sentyabrında rüşvət almaq ittihamı ilə 9 il azadlıqdan məhrum edilib. Bundan öncə "davranış normalarını pozduğuna" görə prokurorluqdan xaric edilib.

2016-cı il dekabrın 22-də Apellyasiya Məhkəməsi onun barəsində hökmü qüvvədə saxlayıb.

Onun atası, hakim partiyanın keçmiş fəalı Eldar Sabiroğlu uzun müddət parlamentin üzvü, sonra Müdafiə Nazirliyinin mətbuat katibi olub. O, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi tənqid etdikdən sonra onun oğlu Rüfət Səfərova qarşı təzyiqlər başlayıb.

 

Turan