Ombudsman nümayəndələri cəzaçəkmə müəssisəsində Mehman Hüseynova baş çəkiblər


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-05-18 13:25:41

14 saylı cəzaçəkmə müəssisəsinə baş çəkən ombudsman aparatının əməkdaşları məhbuslarla, o cümlədən bloger Mehman Hüseynovla məxfi şəraitdə görüşüblər.

Ombudsmanın mətbuat xidmətinin məlumatına görə, məhbusların müraciətləri dinlənilib və yerlərə baxış keçirilib. Bir sıra məsələlər həll olunub.

Elə həmin məlumata görə, məhbusların heyət tərəfindən davranışla bağlı şikayətləri olmayıb, onlara hüquqi məsləhətlər verilib, maarifləndirici söhbətlər aparılıb.

Turan