Baş prokurorluq sayt rəhbərinə xəbərdarlıq edib


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-05-16 19:17:00

Azərbaycan Baş Prokurorluğu "Anaxeber.az" internet portalına xəbərdarlıq edib. Xəbəri Baş Prokurorluq yayıb.

Xəbərə görə, Baş prokurorluq araşdırmalarla müəyyən edib ki, xəbər portalı müxtəlif vaxtlarda dərc olunmuş məqalələrdə dövlət sirri haqqında, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarını pozub: "Həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş və dövlət orqanlarının rəsmi məlumatlarına əsaslanmayan dövlət sirri təşkil edən, yəni dövlətin hərbi, xarici-siyasi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı Azərbaycanın təhlükəsizliyinə ziyan vura biləcək məlumatlar ictimailəşdirilmişdir".

Xəbərdə portalın habelə, həmin məqalələrdə ibtidai araşdırma məlumatlarının qanunsuz olaraq yayılmasına da yol verdiyi vurğulanır.

Bununla bağlı xəbər portalının baş redaktoru Azər Talıbovun Baş Prokurorluğa dəvət edildiyi, "Prokurorluq haqqında" qanunun tələblərinə müvafiq olaraq rəhbəri olduğu xəbər portalında dövlət orqanlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmə aparılmadan sensasiya naminə informasiyaların yayıldığı nəzərinə çatdırılıb.

Baş redaktordan dövlət sirri təşkil edən məlumatların və ibtidai araşdırma məlumatlarının qanunsuz olaraq ictimailəşdirilməsinə son qoyulması tələb edilib: "Gələcəkdə bu xarakterli məlumatların yayılmasının davam etdiriləcəyi halda barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilmişdir".

Turan