İşdən çıxarılan müxalifətçi müəllim təhsil şöbəsinin müdirinin ittihamlarını əsassız sayır


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-05-02 15:13:14

“Dərs dediyim Neftçala rayon Mayakkənd 1 saylı məktəbin şagirdləri mayın 1-də dərsə çox az sayda gəliblər, bundan xəbərim olmayıb, mənə bu haqda sonra deyiblər”, - aprelin 28-də məktəbdən çıxarılan fizika müəllimi Əflatun Əhmədli bildirib.

Onun sözlərinə görə, dərs dediyi 8-ci sinifdə 2 şagird, 9-cu, 10-cu, 11-ci siniflərdə də çox az şagird dərsə gəlib: “Amma bundan sonra məktəb rəhbərliyi şagirdlərin dərsə gəlmələri üçün ailələrə zəng etməyə başlayıb və müəyyən hədə-qorxu gəlib. Hətta şagirdlərimdən biri təzyiqlərə məruz qalmaları barədə zəng edib”. 

Ə.Əhmədli onun məktəbdən çıxarılması ilə bağlı rayon təhsil şöbəsinin mediada yayılan açıqlamalarına da münasibət bildirib: “Bunlar hamısı əsassızdır, yanlış məlumatlardır və istər xanımımın, istər özümün işdən çıxaırlmağımı əsaslandırmaq üçün olan uydurmalardır”.

Xatıladaq ki, Mayakkənd məktəbinin fizika müəllimi, AXCP Neftçala rayon təşkilatının sədri Əflatun Əhmədli və xanımı Ülkər Əhmədli bu il aprelin 28-də dərs dedikləri məktəblərdən xaric ediliblər.

Rayon təhsil şöbəsi hər iki şəxsi dərs intizamını, siyasi loyallıq prinsipini  pozmaqda ittiham edir, Ə.Əhmədli isə bunları bəhanə sayır, işdən azad edilmələrinə səbəb kimi AXCP sədri kimi siyasi fəaliyyətini göstərir.

Turan