Vəkil: “Anar Məmmədliyə qarşı ittiham “abstraktdır”

tərəfindən Gozetci

Anar Məmmədli

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin ilkin həbsi barədə qərardan Apellyasiya Məhkəməsinə şikayət veriləcək, onun vəkillərindən biri Cavad Cavadov Turan-a bildirib.

Müdafiə tərəfi Məmmədlinin cinayət məsuliyyətinə cəlb edilməsini əsassız hesab edir. Məmmədliyə qarşı irəli sürülən ittiham “abstraktdır”. Məmmədlinin həbsinə əsas kimi 2021-2024-cü illərdə Bakı aeroportundan gömrük nəzarətindən kənar xarici valyuta daşıması barədə ümumi iddialar götürülüb.

Lakin Cavadov qeyd edib ki, məbləğ, bunun nə vaxt və hansı yolla edildiyi açıqlanmır.

Məmmədli məhkəmədə bildirib ki, 2022-ci ilə qədər giriş-çıxış zamanı çəxsi gömrük nəzarətinə məruz qalıb və onda maksimum 1000 dollar olub. Digər tərəfdən, aeroportda ciddi nəzarət sistemi var. Əgər baqaj şübhə doğurursa, yoxlama üçün qırmızı lentlə işarələnir.

Həmçinin hava limanından çıxarkən əl yükünün yoxlanılması sistemi mövcuddur. Odur ki, sistematik valyuta qaçaqmalçılığı imkanları yoxdur. Beləliklə, Məmmədlinin həbsi üçün maddi əsaslar yoxdur.

Məmmədlinin həbsdə saxlanılması üçün heç bir prosessual əsas yoxdur, çünki o, cəmiyyətdə tanınmış adamdır və azadlıqda olarsa, gizlənə biləcəyinə dair sübutlar təqdim olunmayıb.

Məmmədlinin və atasının mənzilində axtarışlara gəlincə, müdafiə tərəfi onları da əsassız hesab edir. Axtarışlar zamanı Məmmədlidən qanunazidd heç nə götürülməyib.

Məmmədlinin onunla rəftar ilə bağlı şikayəti yoxdur.

Aprelin 29-da Anar Məmmədli “Abzas Media” işi üzrə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 maddəsilə (qabaqcadan əlbir olan şəxslər tərəfindən qaçaqmalçılıq) ittiham olunur. Aprelin 30-da məhkəmə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Anar Məmmədli  Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az