Beynəlxalq təşkilatlar Anar Məmmədlini azad etməyə çağırırlar

tərəfindən Gozetci
Beynəlxalq qurumlar rəsmi Bakını tanınmış hüquq müdafiəçisi və ictimai fəal Anar Məmmədlini azad etməyə çağırırlar.
“Biz Anar Məmmədlinin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirik”, – Norveç İnsan Hüquqları Evinin bəyanatında deyilir:
Təşkilat Azərbaycan hakimiyyətindən onun üzərindən bütün ittihamları götürməyi, beynəlxalq öhdəliklərə hörmət etməyi, Avropa İnsan Hüquqları Məhkəməsinin Məmmədli qrupu üzrə qərarlarını yerinə yetirməyi, ölkədə müstəqil səslərin təqibinə son qoymağı və bütün siyasi məhbusları azad etməyi, müstəqil vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin hüquqlarına hörmət etməyi tələb edir.
“Biz Birləşmiş Millətlər Təşkilatını və Avropa Şurasını, eləcə də Avropa İttifaqını bundan ötrü Bakıda COP29-dan istifadə etməyə çağırırıq”, – bəyanatda deyilir.
Öz növbəsində Amnesty International-ın Cənubi Qafqaz üzrə tədqiqatçısı Natali Notadze öz təşkilatı adından Anar Məmmədlinin dərhal azad edilməsinə çağırıb.
“Hakimiyyət vətəndaş cəmiyyətinin qorxudulması kampaniyasını dərhal dayandırmalı və noyabrda Bakıda keçiriləcək COP29 ərəfəsində öz tənqidçilərini saxlamağa son qoymalıdır”,- o deyib.
Anar Məmmədlinin həbsi hökumətin tənqidçilərini susdurmaq üçün ədalət mühakiməsindən sui-istifadə hallarının göstəricisidir. Qanunsuz axtarışlar, vəkillərlə əlaqə yaratmağın məhdudlaşdırılması, həbsdə işgəncə və pis rəftar, habelə özbaşına həbslər müxalifəti susdurmaq cəhdidir, o qeyd edib.
Turan

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az