Jurnalist Elnarə Qasımova barəsində 2 ay 17 gün həbs qətimkan tədbiri seçildi

tərəfindən Gozetci

Elnarə Qasımova

Yanvarın 15-də jurnalist Elnarə Qasımova barəsində 2 ay 17 gün müddətində həbs qətimkan tədbiri seçilib. Abzas Media-nın məlumatına görə, Xətai Rayon Məhkəməsində Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqinin jurnalistin həbsinə dair təqdimatına baxılıb və hakim təqdimatı təmin edib.
Qasımova bu iş üzrə həbs edilən 6-cı jurnalistdir.
Xatırlatma
Yanvarın 13-də “Abzas Media” işi üzrə yaranmış sualları cavablandırmaq adı ilə yenidən Bakı şəhər Baş Polis İdarəsinə çağırılan jurnalist saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
“Abzas Media” işi üzrə nəşrin daha öncə həbs edilən 5 əməkdaşına qarşı da eyni ittiham irəli sürülüb. Belə ki, noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı saxlanılıb. Barələrində həbs qətimkan tədbiri seçilib.
Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin jurnalist fəaliyyətləri, xüsusən də “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az