Arif Hacılının oğlu saxlanılıb

tərəfindən Gozetci

Arif Hacılı və Orxan Hacılı. Foto: “Facebook”

“Bir dəfə də demişəm, mübarizəni özümüzlə aparın”

Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı oktyabrın 31-də tutulub. O, paytaxtın Yasamal rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsilə əlaqədar şübhəli şəxs qismində saxlanılıb. Bu barədə Arif Hacılı özü məlumat yayıb.

Qəza zamanı toqquşan avtomobildə olan sürüсünün xəsarət almasını sənədləşdirmək cəhdləri baş tutmayandan və hadisənin üstündən 20 gün keçəndən sonra yeni “zərərçəkən” tapıblar. Guya kimsə yoldan keçəndə bu qəza nəticəsində xəsarət alıb. Halbuki, özlərinin yaydığı videogörüntüdə də orada başqa kimsənin olmadığı aydın görünür”, – Arif Hacılı bildirib.

Müsavat başqanı oğlunun tutulmasını qisasçılıq kimi dəyərləndirir.

“Bir dəfə də demişəm, mübarizəni özümüzlə aparın. Ailə üzvlərimizlə, övladılarımızla bizi təhdid etməyiniz heç bir çərçivəyə, heç bir kodeksə sığmır”, – Arif Hacılının sözləridir.

Meydan TV-nin əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonu, Hüseyn Cavid prospektində baş verib. Sosial şəbəkələrdə yayılan görüntülərdən görünür ki, “Honda” markalı avtomobil hərəkət edərkən onun qarşısına manevr edən başqa bir maşın çıxır və onunla toqquşaraq, nəticədə gedib başqa maşına dəyir.

Daxili İşlər Nazirliyi faktla bağlı açıqlama verməyib.

Meydan TV 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az