Avropa Məhkəməsi Azərbaycanla bağlı 5 qərarını elan edəcək

tərəfindən Gozetci

Fidan RÜSTƏMOVA Azərbaycana qarşı

Bu iş ödənilməmiş borclarına görə, ölkədən çıxışına yasaq qoyulması və habelə, sözügedən olaylarla bağlı məhkəmə prosesinin ədalətli olmaması iddiaları ilə bağlıdır.

Ərizəçi AİHM qarşısında Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin və Konvensiyanın 6-cı maddəsinin pozuntusunu mübahisələndirib.

İmran ƏLİYEV Azərbaycana qarşı

Bu işin mövzusu da əvvəlki işdə olduğu kimi ərizəçinin ölkədən çıxışına “stop” qoyulmasıdır.

İşin hallarına görə, ərizəçi ölkədən çıxmaq istəyərkən saxlanılıb və ona ölkədən çıxış yasağının tətbiq edildiyi bildirilib. Ərizəçi AİHM qarşısında Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin pozuntusunu qaldırıb.

Aşağıdakı 3 işin detalları ilə bağlı AİHM-in sənədlər bazasında detallı bilgi verilmir:

Əhmədli və Başqaları Azərbaycana qarşı (2018-ci ildə təqdim edilib);

Həsənov və Sadıqov Azərbaycan qarşı (2019-cu ildə təqdim edilib);

Mahmudov və Başqaları Azərbaycana qarşı (2020-ci ildə təqdim edilib);

Aihmaz.org

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az