Sumqayıtda daha bir qadın qətlə yetirilib

tərəfindən Gozetci

Qadınların hamısının yaxınları tərəfindən öldürüldüyü bildirilir

Azərbaycanda növbəti qadın qətli Sumqayıtda yaşanıb. Hadisə iyunun 26-da günorta saat 16 radələrində baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Meydan TV-yə verilən məlumata görə, 36 yaşlı Leyla Muradova həyat yoldaşı tərəfindən qətlə yetirilib.

“Qadının həyat yoldaşı, 1993-cü il təvəllüdlü Balafər Muradov polisə gələrək təslim olub”, – DİN-in mətbuat xidmətindən bildirilib.

Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Balafər Muradov şübhəli şəxs qismində istintaqa cəlb olunub.

Martın 13-də Astara rayonunun Maşxan kəndində öldürülən 30 yaşlı Gülşən Qəhrəmanovanın qətlilə bağlı cinayət işinin istintaqı isə tamamlanıb. Cinayət işinin materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Gülşən Qəhrəmanovanı qətlə yetirməkdə təqsirləndirilən isə onun keçmiş həyat yoldaşı, 1993-cü il təvəllüdlü Yusif Verdiyevdir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9 (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 157.1-ci (mənzil toxunulmazlığını pozma) maddələrilə ittiham irəli sürülüb. Cinayət işinin materiallarına əsasən, Yusif Verdiyevin evə icazəsiz daxil olaraq, yatmış vəziyyətdə olan keçmiş arvadını azyaşlı qızının gözü qarşısında bıçaqla qətlə yetirib.

Onun ittiham olunduğu müddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Meydan TV 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az