“Abzas Media”nın direktoru Ülvi Həsənli Polis İdarəsinə çağırılıb

tərəfindən Gozetci

Ülvi Həsənli

İyunun 23-də “Abzas Media”nın direktoru Ülvi Həsənli Binəqədi rayon Polis İdarəsinə çağırılıb. Bu barədə məlumatı onun özü verib.

Ülvi Həsənlinin sözlərinə görə, o, polis idarəsinə başqa bəhanə ilə çağırılıb: “Dünən polis əməkdaşı zəng edərək bildirdi ki, yaxınıma və daha bir neçə nəfərə dələduzluq edən şəxslə bağlı işin araşdırılmamasına görə status yazmışdım, ondan sonra yaxınıma dəyən zərər polis idarəsində ödənilib və digər şəxsə də pulu qaytarılacaq, amma mənim mütləq bu prosesdə iştirak etməli olduğumu bildirdilər”.

Lakin Həsənlinin sözlərinə görə, onu polis idarəsində sosial şəbəkələrdə son yazıqları ilə bağlı sorğu-sual ediblər: “Polislə bağlı son paylaşdığım statusa görə Binəqədi rayon Polis İdarəsindən Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) aparıldım. Statusu silməyim tələb olundu, mən də imtina etdim ki, yazdığımda qeyri-qanuni bir nüans yoxdur. 09:30-da Binəqədi polisinə girdim, 13:30-da da BŞBPİ-dən buraxıldım”.

İyunun 22-də Amerikanın Səsi ilə əməkdaşlıq edən müstəqil jurnalist Nigar Mübariz və “Abzas Media”nın jurnalisti Nərgiz Absalamova Gədəbəy rayonunun Söyüdlü kəndində çəkiliş apardıqları zaman polis tərəfindən zorakılığa məruz qalıb. Bununla bağlı paylaşım edən Ülvi Həsənli polisi tənqid edib.

Amerikanın Səsi 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az