“Yevlax Avtovagzal” Açıq Səhmdar Cəmiyyəti Azərbaycana qarşı
Bu işdə ərizəçi dövlətə məxsus “Yevlax Avtobus Vağzalı”nın qanuni varisi olan “Yevlax Avtovagzal” Açıq Səhmdar Cəmiyyəti Azərbaycanda 14 oktyabr 1998-ci ildə qeydiyyata alınmış özəl şirkətdir, məhkəmə qarşısında Azərbaycanda fəaliyyət göstərən hüquşunas xanım Ş.Camalzadə tərəfindən təsmil olunur.
Yevlax avtobus vağzalı Ərizəçi şirkət tərəfindən istismar edilirdi, onun 22.560 kv.metrlik dövlətə məxsus torpaq sahəsindən istifadə etmək hüququ vardı. 1 may 2009-cu il tarixdə Yevlax Bələdiyyəsi (“Bələdiyyə”) 3.5 ha torpaq sahəsinə dair mülkiyyət sənədi verdi. 2 iyun 2009-cu il tarixdə Yevlaxda polis məmuru işləyən B.M tərəfindən özəl bir şirkət quruldu.
16 iyun 2009-cu il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) yanında Torpaq Hərracı və Rəqabət Mərkəzi (THRM) 3,5 ha torpaq sahəsini I.-yə verdi. Bələdiyyə ilə İ. arasında həmin torpaq sahəsinin alqı-satqısı ilə bağlı müqaviləsi bağlanıldı. 8 sentyabr 2009-cu il tarixdə isə I.-a 3,5 ha torpaq sahəsi üçün mülkiyyət sənədi verildi.
12 iyul 2010-cu il tarixdən etibarən, özəl bir şirkət olan Z., Ərizəçi şirkətin istifadəsində olan torpaq sahəsində qazıntı və tikinti işlərinə başladı. Tikinti işlərində istifadə olunan nəqliyyat vasitələri Z.-nin törəmə şirkətinə məxsus idi. Tikinti işləri zamanı torpaq sahəsindəki bulaq söküldü, bəzi ağaclar kəsildi. 28 iyul 2010-cu il tarixdə Ərizəçi şirkət Bakı İqtisad Məhkəməsinə iddia ilə müraciət etdi, xahiş etdi ki, Z.-nin üzərinə qazıntı və tikinti işlərini dayandırmaq vəzifəsi qoyan qərar qəbul etsin (1-ci iddia).
27 avqust 2010-cu il tarixidə Yevlax Şəhər İcra Hakimiyyəti (“YŞİH”) 3,5 ha-lıq ərazidə I. tərəfindən avtobus terminalının inşa edilməsinə razılıq verilməsi barədə sərəncam qəbul etdi. Qanunvericilik avtobus terminalı tikintisi üçün Nəqliyyat Nazirliyindən rəy alınmasını tələb edirdi, ancaq İ.-nin belə rəyi yox idi. I.-nin direktordan başqa heç bir işçisi yox idi, 3,5 ha torpaq sahəsindən başqa heç bir vəsaiti və əmlakı da yox idi.
8 sentyabr 2010-cu ildə Daşınmaz Əmlakın Dövlət Reyestri İdarəsi (“SRORE”) 3,5 ha torpaq sahəsinin planını və kadastrını verdi. Bu, 3.5 ha torpaq sahəsini dəqiq göstərən ilk rəsmi sənəd idi. Bu planda göstərilən torpaq sahəsinin bir hissəsi Ərizəçi şirkətin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşürdü. Bakı İqtisad Məhkəməsi 17 sentyabr 2010-cu il tarixdə Z.-ni tikinti işlərini dayandırmağı məcbur edən keçici əmr verdi. 12 oktyabr 2010-cu il tarixdə YRİH Bakı İqtisad Məhkəməsinə məktub göndərdi, bildirdi ki, bəhs edilən sahədə işlər İ. tərəfindən həyata keçirilir.
24 oktyabr 2010-cu il tarixdə Ərizəçi şirkət ilkin iddiasına düzəliş etdi və YŞİH, DTXK və I.-nin əlavə cavabdeh kimi işə daxil edilməsini xahiş etdi. Ərizəçi şirkət həmçinin məhkəmədən YŞİH-in 27 avqust 2010-cu il tarixli sərəncamənın etibarsız sayılmasını (“ikinci iddia”); I.-nin mülkiyyət şəhadətnaməsinin ləğv olunmasını (“üçüncü iddia”); istifadədə olan torpaq sahəsindəki tikililərin sökülməsini (“dördüncü iddia”); istifadədə olan torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılmasını (“beşinci iddia”) tələb etdi.
13 noyabr 2010-cu ildə DTXK Ərizəçi şirkətin istifadəsində olan torpaq sahəsinin üç hissəsində qazıntı və tikinti işləri aparıldığını təsdiqləyən ekspert rəyi verdi. 16 dekabr 2010-cu il tarixdə Bakı İqtisad Məhkəməsi tikinti işlərinin aparılmasını dayandırmağı nəzərdə tutan icrası məcburi olan əmr verdi. Ancaq Z. və I. aralıq əmrlərə tabe olmadılar, tikinti işlərini davam etdirdilər. İş 14 iyul 2011-ci il tarixdə Şəki İnzibati-İqtisad Məhkəməsinə göndərildi. 7 may 2012-ci il tarixdə Ərizəçi şirkət ilkin iddialarına düzəlişlər etdi və Bələdiyyənin də əlavə cavabdeh kimi işə qoşulmasını xahiş etdi. Eyni zamanda Bələdiyyə ilə I. Arasında bağlanılmış alqı-satqı müqaviləsinin ləğv edilməsini istədi (“altıncı iddia”). 18 may 2012-ci il tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsi Ərizəçi şirkətin iddiasını rədd etdi. Ərizəçi şirkət apellyasiya şikayəti verdi. 5 sentyabr 2012-ci il tarixdə Şəki Apelyasiya Məhkəməsi şikayəti rədd etdi, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladı.
7 oktyabr 2012-ci il tarizdə Z. tərəfindən inşa edilmiş yeni avtobus terminalının rəsmi açılışı oldu. 6 dekabr 2012-ci il tarixdə Ali Məhkəmə apelyasiya məhkəməsinin “birinci iddia” ilə bağlı qərarını qüvvədə saxladı, digər iddialarını isə qəbuledilməz hesab etdi.
Ərizəçi şirkət Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsaslanaraq, mülkiyyət hüququ ilə bağlı mülki işin ədalətli araşdırılmamasından, özəlliklə, yerli məhkəmələrin qərarlarının əsaslandırılmamasından şikayət edir;
Ərizəçi şirkət Konvensiyanın 13-cü maddəsinə əsaslanaraq, Ali Məhkəmənin onun tələblərini qəbuledilməz sayması ilə məhkəməyə müraciət etmək hüququnun pozulmasından şikayət edir.
Ərizəçi şirkət I saylı Protokolun 1-ci maddəsinə əsaslanaraq, mülkiyyət hüquqlarına qanunsuz və əsassız müdaxilə olunmasından şikayət edir. Ərizəçi şirkət, bu müdaxilə səbəbindən torpaq sahəsinin bir hissəsiniə mülkiyyət hüququ əldə edə bilməməsindən şikayət edir.
Ərizəçi şirkət Dövlətin onun mülkiyyət maraqlarını, I. və Z.-nin onun istifadəsində olan torpaq sahəsinə qanunsuz müdaxiləsi ilə əlaqədar olaraq müdafiə edə bilməməsindən şikayət edir.
Ərizəçi şirkət Konvensiyanın 13-cü maddəsinə əsaslanaraq, Protokolun 1-ci maddəsi ilə təminat altına alınan hüquqlarının effektiv qorunmasını təmin edən vasitələrə malik olmamasından şikayət edir.
Aihmaz.org