ABŞ Bəxtiyar Hacıyevin tezliklə azad edilməsilə bağlı çağırışını təkrarlayıb

tərəfindən Gozetci

Vedant Patel

ABŞ Dövlət Departamenti növbəti dəfə Azərbaycan hökumətini aparıcı fəal Bəxtiyar Hacıyevi azad etməyə çağırıb.

“Cənab Hacıyevlə bağlı davam edən araşdırma barədə məlumatları bilirik və onun işini yaxından izləməyə davam edirik, onu tezliklə azad etməyə çağırırıq”,- çərşənbə günü mətbuat brifinqində mətbuat katibinin birinci müavini Vedant Patel Hacıyevin işilə bağlı son hadisələrlə əlaqədar Turan-ın sualının cavabında bildirib.

“Biz əvvəlkitək insan hüquqlarına və əsas azadlıqlara hörməti təşviq etməyə sadiqik və hökuməti öz vətəndaşlarının hüquqlarına, o cümlədən  öz fikrini dinc şəkildə ifadə etmək hüququna hörmət etməyə çağırırıq”, – Patel əlavə edib.

ABŞ-da təhsil almış tanınmış hüquq müdafiəçisi Hacıyev ötən ilin dekabrında “xuliqanlıq” və “məhkəməyə hörmətsizlik” ittihamı ilə həbs edilib. Fəal bu ittihamları qəti şəkildə rədd edir.

Bu həftənin əvvəlində Azərbaycan polisi Hacıyevin və onun qohumlarının evlərində axtarış apararaq fəalın keçmiş dövlət katibi Hillari Klintonla fotosunu “sübut” kimi götürüb.

ABŞ hökuməti, eləcə də Konqresin senatorlar Dik Durbin və Ben Kardin kimi liderləri Azərbaycanı Hacıyevi “dərhal” azad etməyə çağırıblar.

Çoxları, o cümlədən keçmiş dövlət katibi Klinton ona qarşı ittihamların siyasi motivli olduğunu bildiriblər.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az