Gəncə sakini etrazına görə inzibati həbs cəzası alıb

Anar Süleymanov Daşkəsən rayon polisində döyüldüyünü bildirdikdən sonra inzibati qaydada 30 sutka həbs edilib

tərəfindən Gozetci

Anar Süleymanov

Turan-ın yazdığına görə, iyunun 5-də Daşkəsən rayonunun Xoşbulaq kəndinin bir qrup sakini polis tərəfindən saxlanılıb. Sakinlərin sözlərinə görə, onları döyüb, işgəncə veriblər, Bəylər Eyyubova (dövlət başçısının mühafizə rəisi) və digər məmurlara məxsus ərazilərdə mal-qara otarmağa və kənd təsərrüfatı işləri aparmağa son qoymasalar, qohumlarının zorlanacağı və işdən çıxarılacağı ilə hədələyiblər.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupunun əməkdaşı Eşgin Qasımov Turan-a bildirib ki, Gəncə sakini, “əvvəllər mühakimə edilmiş” Süleymanov “Tik-tok”da polis əməkdaşları haqqında əsassız, qərəzli, təhqiredici fikirlər yayması ilə əlaqədar Daşkəsən rayon polis şöbəsinə çağırılıb.

“O, yenidən səs-küy salıb, hüquqazidd hərəkətlər edib, onu asayişə çağıran polis əməkdaşlarına tabe olmayıb. Bununla əlaqədar rayon polis şöbəsinə aparılıb, orada protokol tərtib edilib və iş materialları məhkəməyə göndərilib”, – Qasımov deyib.

2021-ci ilin fevralında Baş Prokurorluq saxta sənədlərlə torpaq sahələrini satarkən rüşvət aldığına görə Xoşbulaq kənd Bələdiyyə Şurasının rəhbəri Rasim Allahverdiyevin həbs olunduğunu bildirmişdi.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az