Bəxtiyar Hacıyevin və qohumlarının mənzillərində axtarışlar aparılır

tərəfindən Gozetci

Bəxtiyar Hacıyev

İyunun 6-da səhərdən ictimai fəal, həbsdə olan Bəxtiyar Hacıyevin Bakıdakı, valideynlərinin isə Gəncədəki evində, həmçinin qardaşının və dostlarının mənzillərində axtarışlar başlayıb. Bu barədə Turan-a onun vəkili Elçin Sadıqov bildirib.

Axtarışlara Bakının Xətai rayonunun hakimi Fuad Axundov sanksiya verib, – vəkil əlavə edib.

“Ancaq “axtarış-götürülmə hərəkətləri əsaslandırılmayıb. Qanuna görə, axtarışın niyə və hansı cinayət işi üzrə aparıldığı əsaslandırılmalıdır.

Bəxtiyar Hacıyev xuliqanlıqda və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Lakin qanunvericilikdə bu ittihamlarla bağlı axtarış tədbirləri nəzərdə tutulmayıb.

“Görünür, Hacıyevə qarşı yeni ittiham irəli sürmək istəyirlər”, – Sadıqov sözlərinə davam edib.

Digər vəkil Cavad Cavadov Turan-a bildirib ki, axtarış zamanı “istintaq sənədlər və elektron daşıyıcılarla maraqlanır”.

Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Turan-a bildirib ki, Bəxtiyar Hacıyevin yaşadığı evdə axtarış aparılması cinayət işi üzrə istintaq hərəkətləri çərçivəsindədir. Saxlanılan yoxdur.

* Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün azadlıqdan məhrum edib.

9 yanvar 2023-cü ildə Apellyasiya Məhkəməsi onu azad etməkdən imtina edbi və o, yenidən aclığa başlayıb. Yanvarın 21 – də məhkəmə onun həbs müddətini bir ay, fevralın 23 – də isə daha iki ay-aprelin 28-dək uzadıb.

Fevralın 28-də-aclığın 51-ci günündə Hacıyev aclığı dayandırıb.

ABŞ Dövlət Departamenti, ABŞ Senatı, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad edilməsini tələb ediblər.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az