Zamin Salayevə 4 il həbs cəzası kəsildi

tərəfindən Gozetci

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan təşkilatının sədri Zamin Salayevə 4 il həbs cəzası kəsilib. Qaradağ rayon Məhkəməsi bu barədə mayın 22-də hökm çıxarıb.

Həbsdə 100 gündən çox aclıq etdiyi bildirilən Salayevin ötən məhkəmə iclasında – mayın 17-də vəziyyəti pisləşib.

Salayev 2022-ci ilin fevralında “Lökbatan dairəsi” adlanan ərazidə Natiq Süleymanov adlı şəxsi təhqir etməkdə, yumruqla vurmaqda, ardınca da bıçaqla xəsarət yetirməkdə ittiham olunur.

Fevralın 7-dən həbsdə olan Salayev CM-in 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsi ilə ittiham olunurdu. Bu maddədə 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Salayev bundan öncə dəfələrlə polisin qanuni tələbinə tabe olmama və başqa ittihamlarla bir neçə dəfə inzibati qaydada həbsdə olub. O, 2020-ci ilin aprelində Salyan rayon Polis Şöbəsinin əməkdaşı Həmzə Əzizovun iddiası əsasında CM-in 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə 2 il 3 ay azadlıqdan məhrum edilmişdi.

Bundan başqa, o, dəfələrlə etiraz aksiyalarında saxlanılaraq polisə müqavimət və başqa ittihamlarla inzibati qaydada da həbs olunub.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az