Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Zamin Salayev 50 gündür 1 saylı İstintaq Təcridxanasında aclıq edir. Bu müddətdə 37 kiloqram arıqlayıb və sağlamlıq vəziyyəti kəskin pisləşib. Bu barədə, martın 28-də onun vəkili Nemət Kərimli bildirib.
“Artıq sərbəst yeriyə bilmir və mənimlə görüşə təcridxana işçiləri əlindən tutaraq gətirdilər”, – vəkil deyib. Vəkil qeyd edib ki, hələ də Zamin Salayevə tibbi yardım göstərilmir.
15 gün öncə həbsdən apellyasiya şikayəti verilib, ancaq indiyədək heç bir reaksiya yoxdur.
Xatırladaq ki, Salayev fevralın 7-də həbs olunub. Fevralın 8-də Bakının Qaradağ rayon Məhkəməsi onun barəsindədə üç ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Salayevə qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq – silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunsa, fəalı 5 ilədək həbs gözləyir.
Məhkəmədə Zamin Salayev polis əməliyyatının qurbanı olduğunu bildirib. O, ittihamları rədd edir və bildirir ki, aclığı sonadək davam etdirmək niyyətindədir.
Turan