Vəkil həbsxanada işgəncəyə məruz qaldığı bildirilən AXCP fəalı ilə görüşüb

tərəfindən Gozetci

Niyaməddin Əhmədov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Niyaməddin Əhmədova bu ilin fevralında və iyunun 15-də işgəncə verilib. Son günlər Əhmədova qarşı işgəncə ilə bağlı yayılan məlumatlar doğru deyil, anlaşılmazlıqdan irəli gəlib. Belə ki, Əhmədovun atasına işgəncə ilə bağlı məlumatlar gec çatdırıldığından, o, bu faktların yeni olduğunu zənn edib.

Hazırda ona qarşı işgəncə və qeyri-insani münasibət yoxdur, səhhəti normaldır.

Bu barədə vəkil Fəxrəddin Mehdiyev bu gün, iyulun 6-da 12 saylı Cəzaçəkmə Müəssisəsində Əhmədovla görüşdən sonra bildirib.

Vəkil işgəncə faktlarının araşdırılması üçün müvafiq orqanlara müraciət edəcəyini deyib.

Bu gün həmçinin Niyaməddin Əhmədovun atası Arif Əhmədov da oğlu ilə görüşüb, ona sovqat çatdırıb.

“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının təşəbbüsü ilə bir qrup şəxs Niyaməddin Əhmədova qarşı işgəncə faktlarının araşdırılması üçün Baş Prokurorluğa, Ədliyyə Nazirliyinə və Penitensiar Xidmətə müraciət qəbul edib.

“AXCP-nin həbsdə olan üzvlərindən Niyaməddin Əhmədov saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində yenidən işgəncəyə məruz qaldığı haqda bu günlərdə partiyadaşlarına xəbər çatdırıb. Əhmədov AXCP sədri Əli Kərimliyə ictimai əsaslarla mühafizəçilik edib. O, “terroru maliyyələşdirmə” kimi qurama bir ittihamla həbs edilib və ağır işgəncələrə məruz qalıb. Məhkəmədəki çıxışlarında Əhmədov bildirib ki, ona AXCP sədri Ə.Kərimlinin əleyhinə saxta ifadələrə imza atması üçün ağır işgəncələr veriblər. Çox təəssüf ki, Əhmədov Ədliyyə Nazirliyinin cəzaçəkmə müəssisəsində də işgəncəyə məruz qalır”, deyə müraciətdə qeyd edilir.

Öz növbəsində, Pentensiar Xidmətin İctimaiyyətlə Əlqələr Şöbəsindən işgəncə ilə bağlı yayılan məlumatları təkzib ediblər.

“Nəinki Niyaməddin Əhmədova qarşı, ümumiyyətlə Penitensiar Xidmətin müəssisələrində saxlanılan hər hansı şəxsə qarşı işgəncə faktı mövcud olmayıb”, deyə Penitensiar Xidmətin məsul əməkdaşı qedy edib.

Niyaməddin Əhmədov Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olub.

2020-ci il aprelin 16-da karantin rejimini pozma və polisə müqavimət ittihamı ilə saxlanılıb və 30 sutka müddətinə həbs edilib.

Sonra səbəb kimi xaricdən pul alınmasını göstərərək, ona qarşı terrorizmi maliyyələşdirmək ittihamı irəli sürülüb.

Əhmədov məhkəmədə bildirib ki, həbsdə olarkən işgəncələrə məruz qalıb, onu partiya liderinin əleyhinə ifadə verməyə məcbur ediblər. Lakin o, ifadə verməyib.

2021-ci il oktyabrın 8-də məhkəmə onu 13 il müddətinə azadlıqdan məhrum edib. Martın 2-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Hüquq müdafiəçiləri Niyaməddin Əhmədovu siyasi məhbus kimi tanıyıblar.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az