86
Martın 29-da özünü İkinci Qarabağ Müharibəsi qazisi kimi təqdim edən Sədi Cəfərov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası qarşısında təkbaşına aksiya keçirib. O 3-cü qrup əlillik dərəcəsinin verilməməsinə etiraz edir.
Cəfərov jurnalistlərə bildirirb ki, bir ildən çoxdur əlillik dərəcəsini ala bilmir.
“Mənim dərmanlarımı almaq üçün vəsaitim yoxdur. Əlillik versələr, dərmanlarımın bir hissəsini alardım”, – o deyib.
Etirazçının qarşısına çıxan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi ona təkrar tibbi müayinədən keçməyi təklif edib.
Sədi Cəfərov 3 gün öncə yaşadığı Ağcabədi rayonundan Bakıya gəlib. Qalmağa yeri olmadığından parkda gecələyir.
Turan