Apellyasiya Məhkəməsi Müsavat üzvünü həbsdə saxlayıb

tərəfindən Gozetci

Bakı Apellyasiya Məhkəməsi Müsavat Partiyasının fəalı Rövşən Hüseynovu həbsdə saxlayıb. Bu barədə onun vəkili Nemət Kərimli bildirib.

O, oktyabrın 13-də küçədə saxlanılıb və Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsinə aparılıb. Elə həmin gün Suraxanı rayon məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə tabe olmama) maddəsi ilə təqsirli bilərək, 25 gün müddətinə həbs edib.

Müsavat Partiyası Hüseynovun həbsini Müsavat Partiyasının yaradılmasının 110 illiyi ilə əlaqədar oktyabrın 11-də fəalların Novxanıda Məmməd Əmin Rəsulzadənin abidəsinə doğru yürüşü ilə əlaqələndirir.

Polis Müsavat üzvlərinə maneə yaradıb, Hüseynov hüquq mühafizəçilərinin əməllərinə kəskin şəkildə etiraz edib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az