Oktyabrın 11-də Müsavat Partiyasının üzvlərinin Novxanı qəsəbəsində yerləşən Məmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edərkən çətinliklərlə üzləşdiyi bildirilir.
Partiya fəalları abidəni bu gün Müsavatın yaranmasının 110 illiyi ilə bağlı ziyarət edib.
Ziyarət zamanı ərazidə olan polis əməkdaşları fəallara tibbi maskadan istifadə etməsini və 10 nəfərlik qruplarla keçmək lazım olduğunu bildirib. Bu isə partiya üzvlərinin etirazına səbəb olub. Partiyanın başqanı Arif Hacılı bildirib ki, Nazirlər Kabinetinin yanında Operativ Qərargahının qərarına əsasən açıq havada maskadan istifadəsi məcburi xarakter daşımır. Polis əməkdaşları isə tələbin qanuna uyğun olduğunu və onlara yalnız bu şərtlərlə abidəni ziyarət etməyə icazə verəcəklərini bildirib.
Sonunda iştirakçılara 10 nəfərlik qruplar şəkilində abidəni ziyarət etməyə icazə verilib. İnsidentinin nəticəsində saxlanılan olmayıb.
Turan