Göyçay sakinləri Bakı-Yevlax-Qazax magistralının Göyçay şəhərindən keçən hissəsində işıqlandırmanın olmamasından şikayətlənir. Sakinlərin sözlərinə görə, yollarda işıqlandırmanın olmaması dəfələrlə qəzalara səbəb olub.
Sakinlər adından Səxavət Qafarov “Gözətçi”yə bildirib ki, məsələ ilə bağlı Azəravtoyol SM nə müraciət ediblər. Cavab olaraq sakinlərə bildirblər ki, Azəravtoyolun Yol Təmir Tikinti İdarəsi yolu standartlara uyğun inşa edərək təhvil verib.Yolun işıqlandırmasına cavabdeh Göyçay İcra Hakimiyyəti və Azərenerji dır.
S. Qafarov deyir ki, Göyçay şəhər İcra Hakimiyyətinə və “Azərenerji”yə olan şikayətləri isə cavabsız qalıb.
“Bu qurumlar bir-birinin üstünə atmaqla həm Göyçay şəhər, həm magistral avtomobillərinin sıxlıqla hərəkət etdiyi bu yolda yaranan problemləri həll etmək istəmirlər”.
Daha ətraflı linkdə