Zaqatala sakinləri içməli suyun bərbad vəziyyətdə olduğunu bildirir (VİDEO)

tərəfindən Gozetci

“Gözətçi” xəbər verir ki, Zaqatalanın Muxax kəndinə yaz və yay aylarında su çox az verilir, yağışlı havalarda isə su palçıqlı gəlir.

Kənd sakinləri bildirirlər ki, kəndin başında su yığılan iki ədəd 100 tonluq hovuzlar və hovuza gələn su boruları var. Ancaq mühafizəsi olmayan hovuzların üstündə çatlar var və içərisi isə lilli kircab su ilə doludur. Hovuzların yanından axan qara çayın içindən keçən su boruları yararsız vəziyyətdədir.

Kənd sakinləri deyir ki, su borularının təmiri üçün dəfələrlə maliyyə vəsaiti ayrılsa da, heç bir iş görülməyib.

Daha ətraflı linkdə

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az