Tovuzda 10 yaşlı Nərminin qətlilə bağlı istintaq yekunlaşdı

tərəfindən Gozetci

İlkin Süleymanov Gəncə Ağır Cinayətlər Məhkəməsində mühakimə olunacaq

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı istintaq yekunlaşıb. Cinayət işi baxılması üçün aprelin 26-da Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Uşağın qətlində ittiham olunan 1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə ittiham irəli sürülüb.

Ancaq İlkin Süleymanov özünü təqsirli bilmir və azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.

İlkin Süleymanovun ailə üzvləri də onun təqsirsiz olduğunu, hüquq-mühafizə orqanlarının bu səs-küylü cinayət işinin açılması görüntüsü yaratmaq üçün onun üzərinə qoyduğunu bildirir.

İlkin Süleymanovun vəkili Əlibaba Rzayev də Meydan TV-yə bildirib ki, müvəkkilinə qarşı ittihamı təsdiqləyəcək mötəbər sübut yoxdur. Vəkil də İlkin Süleymanovun bu cinayəti törətmədiyinə əmindir.

İlkin Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az