83
AXCP Gəncə şöbəsinin üzvü Şahin Hacıyev bugünlərdə inzibati həbsdən buraxılandan sonra evində ondan təzyiq altında “peşmançılıq etirafı” alıb, videoya çəkiblər. Bu barədə o, öz Facebook səhifəsində video-müraciət edərək bildirib:
“Mənim Facebookda yazdığım sərt yazılar şəxsi fikrim olub. Partiya rəhbərliyindən mənə bu yazılarıma görə xəbərdarlıq etsələr də, emosiyalarıma qapılaraq yenə sərt yazmağa davam etmişəm. Buna görə iki dəfə inzibati qaydada həbs olunmuşam”.
Ş. Hacıyev sərt yazılarına görə peşiman olduğunu bildirib. O, qeyd edib ki, başına gələnlərdən sonra anasının səhəttində stressdən ciddi problemlər yaranıb, bu səbəblə də Facebookdakı siyasi fəaliyyətini saxlayıb.