USCIRF: Azərbaycanda dini etiqad azadlığı qanunvericiliklə ciddi şəkildə məhdudlaşdırılıb

tərəfindən Gozetci

Amerikanın dini etiqad azadlığı üzrə orqanı USCIRF Azərbaycan hökumətini 2009-cu il tarixli “Dini etiqad azadlığı haqqında” qanunu beynəlxalq standartlara uyğunlaşdırmaq üçün ona düzəliş etməyə çağırır.

1988-ci ildə qlobal dini etiqad azadlığı ilə bağlı ABŞ prezidentinə, dövlət katibinə və Konqresə siyasi tövsiyələr hazırlamaq üçün yaradılmış iki partiyalı komissiya Dövlət Departamentinə “din azadlığının sistemli şəkildə pozulması davam etdiyinə görə” Azərbaycanı xüsusi siyahısına salmağı tövsiyə edib.

Cümə axşamı USCIRF Azərbaycanda dini etiqad azadlığı şəraiti haqqında yenilənmiş məlumatları dərc edib, bu barədə Turan-ın Vaşinqton müxbiri məlumat verib.

Müəlliflər bu yaxınlarda Azərbaycanın bir sıra siyasi məhbusları, o cümlədən 31 dini fəalı əvf edib azad edəcəyi barədə xəbəri alqışlasalar da, ölkədə dini etiqad azadlığının ölkənin problemli qanunvericiliyi, xüsusən də “hökumətin yenidən baxmaq istəmədiyi 2009-cu il tarixli “Dini etiqad azadlığı haqqında” qanunu ilə hələ də ciddi şəkildə məhdudlaşdırıldığını” qeyd ediblər.

Hesabatda dini icmaların məcburi qeydiyyatı və digər məhdudiyyətlərin, dini fəalların davam edən təqiblərinin və Qarabağla bağlı bərpa edilmiş münaqişə kontekstində bu yaxınlarda törədilmiş pozuntuların yaratdığı bir çox maneə ətraflı təsvir edilir.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az