Martın 14-də bir blogger və siyasi mühacir Məhəmməd Mirzəlinin Fransada həyatına qəsd edildi. Azərbaycan diasporundakı mənbələrdən Turana bəlli oldu ki, naməlum şəxs ona bir neçə bıçaq xəsarəti yetirib və qaçıb.
Blogger ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Polis araşdırma aparır.
Mirzəli bir neçə ildir sosial şəbəkələrdə Azərbaycan hakimiyyəti ilə bağlı sərt tənqidi reportajlar dərc etməsi ilə tanınır. Hakimmiyyət onu susdurmaq üçün dəfələrlə cəhd ediblər, amma bu nəticə verməyib.
Belə ki, üç il əvvəl onun atası qaçırıldı, bir həftə əvvəl isə bacısının şəxsi həyatı ilə bağlı bir video yayıldı. Mirzəli, ondan tənqidi reportajları dayandırmağı tələb olunduğunu deyir, əks halda video geni yayılacaq.
2020-ci ilin oktyabrında da Mirzəlinin həyatına qəsd edildiyi bildirilir, həmçinin Azərbaycan parlamentinin yüksək vəzifəli nümayəndəsinin ona təhdid dolu SMS göndərdiyi bildirilir. Bütün bu təhdidlərə baxmayaraq, blogger ölkə rəhbərliyini tənqid etməyi dayandırmayacağını söylədi.
Turan