Aktrisa teatrların bağlanmasına etiraz edir

tərəfindən Gozetci

Sənubər İsgəndərli: “Bir də ayılıb, görəcəyik ki, nə teatr var, nə də sənət”

Akademik Milli Dram Teatrının aktrisası Sənubər İsgəndərli pandemiyaya görə teatrların bağlı qalmağına narazılığını bildirib.

Aktrisa “Facebook” səhifəsində teatrların artıq bir ilə yaxındır ki, fəaliyyətini dayandırmağından narahat olduğunu bildirib.

“Martda bir il olacaq ki, ölkəmizdə bütün teatrlar bağlıdır. Dedik ki, pandemiyadır, karantindir, eləcə oturduq. Amma heç bir ölkədə teatrların qapısı bu qədər bağlı qalmadı. Hər yerdə mümkün variantlardan istifadə olundu ki, teatr sənəti yaşasın. Lakin biz hələ də oturmuşuq. Bir də ayılıb, görəcəyik ki, nə teatr var, nə də sənət”.

Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı Meydan TV-yə bildirib ki, teatrların fəaliyyətinin bərpası nə Mədəniyyət Nazirliyinin, nə də teatrların səlahiyyətindədir:

“Akademik Milli Dram, o cümlədən digər ölkə teatrlarının öz fəaliyyətini bərpa edəcəyi bizdən asılı deyil. Biz bununla bağlı qərar verən qurum deyilik. Ölkə üzrə karantin rejiminin tətbiq olunması Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətindədir. Biz də qərara uyğun olaraq fəaliyyət göstəririk. Operativ Qərargah teatrların fəaliyyətini yoluxmanın artımı ilə əlaqədar olaraq hələlik uyğun bilmir. Əgər karantin rejimi uzadılırsa, deməli, teatrın fəaliyyəti də mümkün deyil. Biz də Operativ Qərargahın qərarını gözləyirik”.

Məsələyə Mədəniyyət Nazirliyindən münasibət bildirilməyib.

Pandemiya ilə bağlı karantin rejimi ayrı-ayrı sahələrdə yumşaldılsa da, teatrlar ötən ilin mart ayından fəaliyyətini virtual davam etdirir.

Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yalnız muzeylər və sərgi salonlarının işləməyinə icazə verilib.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az