Amnesty International ilk dəfə Ermənistanın Bərdəyə qarşı qadağan olunmuş kaset bombalardan istifadə etdiyini təsdiqləyib

tərəfindən Gozetci

Amnesty International Azərbaycanın Bərdə şəhərinə edilən hücumdan sonra mövcud Dağlıq Qarabağ münaqişəsində ilk dəfə Ermənistan tərəfindən qadağan olunmuş kaset bombalardan istifadəsini təsdiqləyib.

Oktyabrın 28-də yerli vaxtla təxminən 1.30-da bir və ya bir neçə Smerç raketi Bərdəyə atılıb və xəstəxanaya yaxın bir yaşayış məhəlləsini vurub. Azərbaycan Baş Prokurorluğu ən azı 21 nəfərin öldüyünü, təxminən 70 nəfərin yaralandığını bildirib

Amnesty International-ın Böhrana Mübarizə ekspertləri şəhərə erməni qüvvələri tərəfindən atəşə tutan Rusiya istehsalı 9M55 Smerç raketlərindən 9N235 kaset parçalarının (şəhərdəki Vice News müxbirləri tərəfindən çəkilmiş) şəkillərini təsdiqləyib.

Amnesty International-ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Mari Struters “mülki bölgələrə atəş açılmasını amansızlıq və vəhşilik adlandıraraq, bunun saysız ölüm, yaralanma və iztiranlara olduğunu deyib.

Ötən həftə Amnesty International həm Ermənistanı, həm də Azərbaycanı əhalinin sıx yaşadığı mülki ərazilərdə ağır partlayıcı silahlardan istifadənini dərhal dayandırılmasına çağırıb.

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az