[:az]
Özünü videobloqer kimi təqdim edən Ata Abdullayev “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmlinin azadlığının məhdudlaşdırılmasıyla razılaşmır. O, jurnalistin həbs olunması üçün apellyasiya şikayəti verib. Bunu avqustun 14-də Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədov bildirib.
Məhkəmə iclası T.Mirələmlinin apellyasiya şikayəti əsasında keçirilirdi. Jurnalist Xətai rayon Məhkəməsinin onun 1 il azadlığının məhdudlaşdırılması haqda hökmüylə razılaşmır, bəraət istəyir.
T.Mirələmli deyir ki, hökmdən sonra Xətai rayon Məhkəməsinə ərizə verib, məhkəmə iclas protokolları ilə tanış olmaq istəyib. Üstündən iki aya yaxın vaxt keçsə də, ona heç bir cavab verilməyib: “Halbuki, protokollarla tanış olmaq, məhkəmədə baş verənlər təhrif olunubsa, protokola qeydlər vermək mənim hüququmdur”.
Hakim jurnalisti haqlı sayıb, bu əsasla da işi Xətai rayon Məhkəməsinə qaytarıb.
Zərərçəkmiş qismində tanınan A.Abdullayev buna etiraz edib, T.Mirələmlini prosesi süni şəkildə uzatmaqda ittiham edib: “Mən Amerikaya getməliyəm, orada uşaqlarım var…”
Azadlıq Radiosu[:]