[:az]Vəkil Bəhruz Bayramov bu gün, 1 saylı Bakı İstintaq Təcridxanasına, müdafiə etdiyi Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlının yanına buraxılıb. B.Bayramov Turan agentliyinə bildirib ki, görüş bir neçə dəqiqə davam edib. Görüş zamanı F.Qəhrəmanlı bu vəkilin xidmətində imtina edib.
“O, mənə təşəkkür etdi və dedi ki, hələlik onun müdafiəsinə ehtiyac yoxdur”, – vəkil bildirib.
Eyni zamanda, F.Qəhrəmanlı deyib ki, istintaqa heç bir ifadə, o cümlədən etirafedici ifadə verməyib.
F.Qəhrəmanlının işgəncədən şikayət edib-etməməsi barədə sualı vəkil belə cavablandırıb: “Bu barədə heç nə demədi, ancaq onu dedi ki, mənim iştirakıma ehtiyac yoxdur”.
“F.Qəhrəmanlı necə görünürdü, vəziyyəti necə idi?” sualına vəkil birmənalı cavab verməkdə çətinlik çəkib: “Mən həkim deyiləm, nəsə demək çətindir”.
Xatırladaq ki, Fuad Qəhrəmanlı 15 iyul nümayişi ilə əlaqədar iyulun 23-də həbs edilib və CM-in 4-cü, o cümlədən 278-ci maddəsi (hakimiyyətin zorla ələ keçirilməsi) ilə ittiham olunub.
Hüquq müdafiəçiləri bildiriblər ki, o, AXCP lideri Əli Kərimliyə qarşı ifadə verməsi üçün amansız işgəncələrə məruz qalır.
Turan [:]