Məhkəmə AXCP üzvünün ev dustaqlığı şikayətini rədd edib

tərəfindən Gozetci

[:az]Bu gün, avqustun 21-də  Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü Bəxtiyar Imanovun həbsinin ev dustaqlığı ilə əvəzlənməsi üçün Nəsimi Rayon Məhkəməsinin imtina qərarından verilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib. Vəkil Cavad Cavadovun şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Kamran Əkbərovun sədrliyi ilə baxılıb. Şikayət təmin olunmayıb. Məhkəmə prosesində iştirak edən B.İmanov həbsinin qanunsuz olduğunu bildirib.

Xatırladaq ki, iyulun 21-də Bəxtiyar İmanov barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə həbs-qətimkan tədbiri seçilib.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az