[:az]Rüfət Səfərov baş prokurorluqda dindirilib[:]

tərəfindən Gozetci

[:az]Bu gün, avqustun 3-də “Müdafiə Xətti” Təşkilatının təsisçilərindən, keçmiş müstəntiq Rüfət Səfərov-un Baş Prokurorluğun İstintaq İdarəsində dindirildiyi bildirilir. Bu barədə Baş Prokurorluqdan çıxdıqdan sonra o özü məlumat verib:

“ Baş Prokurorlugun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Mehdi Mirzəyev məni qəbul etdi. Qarabağ yürüşü ilə bağlı qaldırılan cinayət işinə görə, şahid qsimində dindirdi. Suallar bundan ibarət oldu ki, Qarabağ yürüşündə hansi saatlarda iştirak etmişəm?. Prosesin təşkilində bu və ya başqa formada rolum olub yoxsa-yox? Cavablandırdım ki, digər dostlarla bərabər orduya dəstək aksiyasında iştirak etmişəm.”

R.Səfərovun sözlərinə görə, daha sonra yeni yaradılan “Müdafiə Xətti” təşilatı ilə bağlı suallar olub:

“ Xüsusilə “ Müdafiə Xətti”nin Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı və üzvlərdən Seymur Əhmədovla bağlı yaydığı məlumatları soruşdular.Qeyd elədim ki, hər iki siyasi fəal və ya siyasi xadimin işgəncəyə məruz qalması ilə bağlı bizə məlumat daxil olub. Biz də Obudsman Aparatına, Qirmız Xaç Komitəsinin nümayəndəliyinə və Baş Prokurorluga müraciət etdik ki, bu məlumatlararda göstərilən xususatlar araşdırılsın, ona hüquqi qiymət verilsin”

R.Səfərovun sözlərinə görə, ondan məlumatı verən mənbə soruşulub, o da dostların təhlükəsizliyi baxımından bunu deməkdən imtina etdiyini qey dedib. Üstəlik, onun vurğulamasına görə, onlar heç də həmin məlumatları mütləq həqiqət kimi çatdırmayıblar, sadəcə həmin məsələlərlə bağlı narahatlıq ifadə edilib. R.Səfərovun sözlərinə görə, ona rəsmi xəbərdarlıq verilib ki, dəqiq olmayan məlumatları bir də yaymasınlar:

“Absurdur. Biz məlumatın mütələq həqiqət olduğunu iddia etməmişik. Mən hesab edirəm ki, onlar vəkilləri ilə görüşdükdən sonra bu məsələlərin nə dərəcədə həqiqət olub-olmadığı ortaya çıxacaq”.

Bu açıqlamaya, hələlik, Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb.

Bundan öncə Rüfət Səfərov hazırda həbsdə olan hər iki qeyd edilən cəbhəçiyə işgəncə verilməsi ilə bağlı məlumat alındığını açıqlamışdı.

Baş Prokurorluq təkzib etdi

Dünən, avqustun 2-də Baş Prokurorluq ümumilikdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) son günlər həbs edilən üzvləri Fuad Qəhrəmanlı, Asif Yusifli və Seymur Əhmədovun işgəncələrə məruz qalması ilə bağlı iddialara münasibət bildirib. Açıqlamada qeyd edilib ki, cinayət işini süni surətdə siyasiləşdirərək cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırmaq, istintaqın obyektiv gedişatına təsir göstərməklə ictimai rəyi çaşdırmağa xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib olunur.

Habelə, avqustun 2-də Ombudsman Aparatı məlumat yayıb ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən plandankənar başçəkmə həyata keçirib:

“…Başçəkmə çərçivəsində müəssisədə saxlanılan bir neçə təqsirləndirilən şəxs, o cümlədən Fuad Qəhrəmanlı və Seymur Əhmədov konfidensial qaydada qəbul olunub və onların müraciəti dinlənilib. F. Qəhrəmanlı haqqında sosial mediada yayılan məlumatlar öz təsdiqini tapmayıb, eyni zamanda onun vəkilinin müraciəti də yerində araşdırılıb. Qəbul zamanı F. Qəhrəmanlı və S. Əhmədov saxlandıqları müddətdə onlarla rəftardan və saxlanma şəraitindən şikayət etməyib, hal-hazırda sağlamlıq durumlarının da normal olduğunu bildiriblər”R.Səfərov Zərdab Rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədə qanunsuzluqlarda ittiham etdikdən sonra istefaya çıxıb. O bundan sonra rüşvət almaq ittihamı ilə həbs edilib. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş müstəntiq ona qarşı irəli sürülən ittihamları rədd edib. 2019-cu ildə əfv sərəncamı ilə azadlığa çıxıb.

AXCP-dən deyilənlər…

AXCP-dən verilən məlumata görə, son həftələr partiyanın ümumilikdə 40-dan çox üzvü saxlanıb. Partiyanın məlumata görə, onlardan 18-nə cinayət işi açılıb, biri istisna olmaqla, digərləri barəsində həbs-qətimkan tədbiri seçilib. Daha 15 civarında cəbhəçinin karantin rejimini pozmaqda suçlandığı, onların hər birinə inzibati həbs cəzası verildiyi bildirilir. Cinayət məsuliyyətinə cəlb olunanlara qarşı, əsasən, Cinayət Məcəlləsinin 186.2.1 (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulması) və 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürüludüyü bildirilir. Həbs olunanlardan ikisinə ( onlardan birinin də Fuad Qəhrəmanlı olduğu deyilir) əlavə 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa yönəlik hərəkətlər) maddəylə də ittiham verildiyi qeyd olunur.

Azadlıq Radiosu

[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az