[:az]Publisist Rafiq Tağının ailəsi Azərbaycan prezidenti İlham Əliyevə və ölkənin baş prokuroru Kamran Əliyevə müraciət edərək onun qətli üzrə işin istintaqının bərpa olunmasını xahiş edib.
Tezliklə R.Tağıya hücumun 9 ili tamam olacaq. Bundan sonra o, xəstəxanada ölüb. Amma indiyədək qətlin nə sifarişçi, nə də icraçısı tapılmayıb, mərhumun qardaşı İlqar Tağıyev bildirib.
İ.Tağıyev deyib ki, istintaq qrupu cinayəti lazımınca araşdırmayıb, daha dəqiqi tam fəaliyyətsizlik göstərib.
Ailə üzvləri ümid edirlər ki, yeni baş prokuror Kamran Əliyev (1 may 2020-ci il tarixində təyin edilib) “daha çox qətiyyət nümayiş etdirəcək”.
Xatırladaq ki, 2011-ci il noyabrın 19-da yazıçı-publisist Rafiq Tağı evə qayıdarkən naməlum şəxsin hücumuna məruz qalıb. O 6 bıçaq zərbəsi alıb. R.Tağı əməliyyat olunub və onun vəziyyəti həkimlərin narahatlığına səbəb olmayıb, lakin noyabrın 23-də vəziyyəti kəskin şəkildə pisləşib və o vəfat edib.
“Sərhədsiz Reportyorlar”, Jurnalistləri Müdafiə Komitəsi, ATƏT və digər təşkilatlar Rafiq Tağının qətlini pisləyiblər, Azərbaycan hakimiyyətini hərtərəfli təhqiqat aparılmasına və bütün günahkarların cəzalandırılmasına çağırıblar.
Lakin 2014-cü ilin yanvarında Azərbaycan Baş Prokurorluğu “bu cinayətdə günahkarların müəyyən edilməsinin mümkünsüzlüyü ilə əlaqədar” R.Tağının qətlilə bağlı cinayət işi üzrə icraatı dayandırıb.
Turan[:]