Baş Prokurorluğun İstintaq İdarəsində etiraz aksiyasının iştirakçılarını qəbul ediblər

tərəfindən Gozetci

[:az]İyulun 14-15-də keçirilmiş Qarabağ aksiyası ilə əlaqədar həbs olunanların  valideynlərinin bugünkü etiraz aksiyasının iştirakçılarını Baş Prokurorluğun İstintaq İdarəsində qəbul ediblər.

Aksiya iştirakçıları Turan-a bildiriblər ki, onlara deyiblər ki, hələlik hər hansı məlumat verə bilmirlər, çünki istintaq gedir.

“Əgər məhkəmədə kiminsə günahı sübuta yetirilsə, o cəzalandırılacaq, günahı olmayanlar buraxılacaq. Konkret heç nə demədilər”, – aksiya iştirakçısı qeyd edib.

“Qarabağ məhbusları”nın valideynlərinin aksiyası

Bakı/10.08.20/Turan:  “Qarabağ aksiyası” ilə bağlı həbs edilənlərin valideynləri iyulun 14-15-də Baş Prokurorluğun qarşısında etiraz aksiyası keçirməyə cəhd ediblər.

Valideynlər tələb ediblər ki, onların övladlarını, ilk növbədə aksiyada, ümumiyyətlə, iştirak etməyənləri niyə saxladıqlarına açıqlama versinlər.

AXCP üzvü Bəxtiyar İmanov aksiyada, ümumiyyətlə, iştirak etməyib. Lakin ona qarşı CM-in üç maddəsi ilə ittiham irəli sürülüb.

Valideynlər övladlarının əvəzinə özlərinin həbs olunmasını təklif ediblər. Onlar həmçinin həbs edilənlərə ailələri ilə telefonla danışmağa icazə verilmədiyindən şikayətləniblər.

Həbs olunanlardan birinin valideyni oğlunun vərəm xəstələrinin saxlanıldığı təcridxanada saxlandığını bildirib. Bunu onunla izah edirlər ki, həbs edilmiş şəxs koronavirus xəstəsidir.

“Əgər oğlum xəstədirsə, deməli, ailəmizin bütün üzvləri xəstə olmalıdır, amma bu, belə deyil axı”, – deyə həbs edilmiş şəxsin atası bildirib.

Baş Prokurorluğun nümayəndəsi valideynlərin qarşısına çıxaraq deyib ki, bu gün Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov onları qəbul edəcək.

Aksiya insidentsiz başa çatıb.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az