Müsavat Partiyası repressiyalara son qoyulmasını tələb edib

tərəfindən Gozetci

[:az]Müsavat Partiyası siyasi motivli həbslərə son qoyulmasını, 14-15 iyul mitinqindən sonra həbs edilən AXCP üzvlərinin və digər siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edib. Bu barədə Müsavat Partiyasından Turan-a daxil olan məlumatda deyilir.

Məlumata görə, iyulun 28-də partiyanın videokonfrans rejimində keçirilən iclasında Bakıda milli orduya dəstək məqsədilə keçirilən 14-15 iyul aksiyasından sonra həbslər müzakirə olunub

“Aksiyada iştirak edən onlarla şəxsin, o cümlədən AXCP üzvlərinin həbsi ölkədə repressiyaların davamı kimi qiymətləndirilib.

Müsavat Partiyası hesab edir ki, bu həbslər insan hüquqlarının kobud pozuntusu olmaqla bərabər, həm də Azərbaycanın dövlət mənafeyinə ziddir.

Müsavat Partiyası siyasi motivli həbslərə son qoyulmasını, mitinqdən sonra həbs edilən AXCP üzvlərinin və digər siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edir”, – məlumatda bildirilir.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az