Gəncə sakini: 190 manat birdəfəlik ödəməmi səbəbsiz kəsiblər

tərəfindən Gozetci

[:az]Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 26 küçəsində yaşayan  Vəfa Quliyeva  iyun ayı üçün nəzərdə tutulan birdəfəlik ödəmə ala bilməməsindən şikayətlənir. Gözətçinin məlumatına görə vətəndaş karantin rejimi üçün nəzərdə tutulan 190 manat birdəfəlik ödəməni aprel və may aylarında alıb. İyun ayı üçün nəzərdə tutulan ödəniş isə hesabına köçürülməyib.

Məsələ ilə bağlı  Vəfa Quliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyinin 142 Çağrı Mərkəzinə müraciət etdiyini deyir. Qurumdan isə ona bildirilib ki, may ayının ödənişi kartından gec çıxarıldığı üçün iyun ayının ödənişi ona verilməyəcək. Gəncə sakini isə iddia edir ki, may ayının ödənişini kartından tez çıxarıb və bununla bağlı AFB Bankın Gəncə filialından kartda olan məbləğin çıxarışını da onlara təqdim edə bilər. Vəfa Quliyeva şikayəti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyə rəsmi məktub ünvanladığını, lakin müraciətinə hələ də cavab verilmədiyini bildirir.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az