Yaşadığımız yerdəki transformator həyatımız üçün təhlükə yaradan vəziyyətdədir

tərəfindən Gozetci

[:az]Gəncə şəhəri, Təbriz küçəsinin Daş körpüyə yaxın ərazisində yerli sakinlər təhlükəli bir vəziyyətlə üz-üzə qalıblar. Sakinlər Gözətçiyə etdikləri şikayətdə bildirirlər ki, onların yaşadıqları evlərin düz yanında  postsovet dönəmindən qalma, lakin hal-hazırda da işləyən  elektrik transformatoru fəaliyyət göstərir.Transformatorun yerləşdiyi ərazidə əvvəllər yaşayış evləri olmayıb və o dövrdə transformator da dörd  bir tərəfdən qoruyucu hasarla təmin olunub. Son illərdə isə transformatorun yanında  evlər tikilib. Onun qoruyucu hasarı isə tamamilə sökülərək yoxa çıxıb.  Sakinlər bildirir ki, transformator hər an onlar üçün təhlükə yaradacaq vəziyyətdədir. Yerli sakinlər dəfələrlə bu barədə Azenerji ASC-nin Gəncə şəhər Elektrik enerjisi idarəsinə müraciət etdiblər. Lakin onların müraciətləri ilə əlaqədəar hələ də heç bir tədbir görülməyib.

Gəncə şəhər Təbriz küçəsindəki transformator 

 [:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az