AXCP fəalı saxlanılıb

tərəfindən Gozetci

[:az]Son günlərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç fəalı saxlanılıb. Hər üç fəal partiyanın rayon şöbələrinin üzvləridir.

AXCP-nin məlumatında deyilir ki, bu gün, iyulun 5-də bu partiyanın Göyçay rayon şöbəsinin fəalı Qaçay Qafarov, iyunun 27-də İsmayıllı şöbəsinin fəalı Faiq Rəşidov (10 sutka inzibati həbsə məhkum edilib) və iyulun 4-də Masallı şöbəsinin fəalı Əlixan Rəcəbli saxlanılıb.

“Diqqət! Repressiyanın yeni dalğası! Bu dəfə hədəfləri region cəbhəçiləridir. Evinə qapadılmış millət bunlardan yemək pulu istəyir, bunlar da cəbhəçilərin həbsinin yeni dalğasına başlayıblar. Ancaq xeyri yoxdur. Bununla öz bacarıqsızlıqlarını, anti-xalq siyasətlərini ört-basdır edə, cəbhəçiləri qorxuda bilməyəcəklər,” AXCP sədri Əli Kərimlinin facebook səhifəsində admin heyəti ona istinadən yazıb.

Öz növbəsində, Qaçay Qafarovun atası Alışan Qafarov oğlunun saxlanıldığını təsdiq edib.

“Oğlum Qaçay qoyun otararkən 4 nəfər mülki geyimli şəxs tərəfindən saxlanılıb. Sonradan öyrəndim ki, rayon polis şöbəsindədir. İyulun 6-da məhkəmə qarşısına çıxaracaqlar, facebook-da statusuna görə saxlayıblar,” ata Amerikanın Səsinə bildirib.

AXCP Əlixan Rəcəblinin dünən Daxili İşlər Nazirliynin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirildiyini bildirib.

Rəsmi qurumlar AXCP fəallarının saxlanılması ilə bağlı hələ məlumat yaymayıb.

AXCP COVİD-19 pandemiası ilə əlaqədar tətbiq edilmiş karantin dövründə 30-dan çox fəalının inzibati qaydada, 3 fəalın isə cinayət təqibi ilə həbs edildiyini bildirir.

Rəsmi qurumlar isə ölkədə insanların siyasi iradəsinə görə təqib edilmədiyini, bütün vətəndaşların qanunvericilik qarşısında bərabər olduğunu bəyan edir.

Amerikanın Səsi[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az