[:az]Qəzet Azərbaycan XİN-ə də cavab verib
ABŞ-ın aparıcı KİV-lərindən olan “Washington Post” İlham Əliyevin müxalifətə qarşı apardığı siyasətini tənqin edən redaksiya məqaləsi ilə çıxış edib.
“Turan” İnformasiya Agentliyinin məlumatına görə, məqalədə qeyd olunub ki, Azərbaycan prezidenti heç zaman müstəqil jurnalistləri və dissidentləri sevməyib. Nəşr vurğulayıb ki, fevralda keçirilən parlament seçkilərində beynəlxalq müşahidəçilər siyasi rəqabətin olmadığını bildiriblər.
“Hazırda pandemiyanın tüğyan etdiyi, neft qiymətlərinin aşağı olduğu, Ermənistanla gərginləşən münasibətlərin fonunda cənab Əliyev gözlənilmədən “5-ci” kolon tapıb. Bu, siyasi müxalifətdir. Əliyev onları türməyə salıb və olan-qalan müstəqil siyasi qüvvələri də məhv edəcəyi ilə hədələyib”, – yazıda bildirilir.
Müəlliflər İlham Əliyevin Novruz Bayramı münasibətilə çıxışında müxalifəti hədələməsini misal gətiriblər.
Daha sonra yazıda iyulun12-16-da Ermənistanla sərhədin Tovuz istiqamətində gedən döyüşlərdə hər iki tərəfin onlarla itki verdiyini, o cümlədən Azərbaycanın bir generalını itirdiyini bildirilib. “Washington Post” məqaləsində Bakıda orduya dəstək aksiyasını qeyd edib və aksiya zamanı baş verənləri qısa formada izah edib.
“Aksiyanın səhəri günü İlham Əliyev “5-ci kolonla” məsələnin bitirilməli olduğunu deyib və bundan sonra təhlükəsizlik qüvvələri AXCP üzvlərinin həbsinə başlayıblar.
Yazı müəllifləri ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı bəyanatını və Azərbaycan XİN mətbuat xidmətinin buna reaksiyasını da qeyd ediblər.
Məqalədə xatırladılıb ki, Dövlət Departamenti iyulun 20-də Azərbaycana çağırış edərək pandemiyanı vətəndaş cəmiyyəti və müxalifətin təqibi üçün istifadə etməməyə çağırıb. Buna cavab olaraq Azərbaycan XİN cavab verib ki, “bu şəraitdə biz başa düşmürük ki, Dövlət Departamentini nə və niyə narahat edir?”
“İcazə verin biz sizə izah edək. ABŞ-da etirazlar demokratiyanın yaşamasının mənbəyidir. Demokratiyanın problemləri olsa da, söz azadlığına və toplantılara zəmanət verir. Bunların içində prezidentin də tənqidi var. Cənab İlham Əliyevin öz tənqidçilərini məhv etmək üçün dəmir əldən istifadə etməsi demokratiyanın əleyhinədir və buna görə də hamı belə təvazökar tirandan ötrü narahat olmalıdır”, – yazının sonunda deyilib.[:]