[:az]Sərt karantin rejimi daha 2 həftə uzadıla bilər[:]

tərəfindən Gozetci

[:az]Gün ərzində koronavirusa yoluxanların sayı 556 nəfərdir

“5 iyul tarixinə kimi sərtləşdirilmiş karantin rejimi tətbiq edilir. Bundan sonra da karantin rejiminin 2 həftə artırılması ilə bağlı fikirlər və rəylər var. Bununla bağlı da məlumat veriləcək”.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 30-da keçirilən brifinqində çıxışı zamanı belə deyib.

Onun sözlərinə görə, koronavirus müharibədir və bu, davam edir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva isə iyunun 30-a olan statistikanı açıqlayıb.

Beləliklə gün ərzində Azərbaycanda 556 nəfər COVİD-19 infeksiyasına yoluxub, 346 adam müalicə olunaraq evə buraxılıb, 7 xəstə isə ölüb.

Yaqut Qarayeva Azərbaycanda bu günə qədər 17 524 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu deyib:

“Onlardan 9 715 adam sağalıb, 213 pasiyent ölüb”.

Yaqut Qarayeva ümumilikdə 482 min 170 test keçirildiyini xatırladıb: “Bu gün 6645 test olub”.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az