[:az]Müsavat Partiyasının fəalı saxlanıldı[:]

tərəfindən Gozetci

[:az]İyunun 27-də Müsavat Partiyası Zərdab rayon təşkilatının sədri Ceyhun Məmmədli polisə aparılıb. Orada onun barəsində İnzibatı Xətalar Məcəlləsinin 535.1-ci maddə ilə protokol tərtib olunub.

Bu barədəTurana  partiyadan məlumat verilib.

Məlumata görə, səhər saatlarında sahə müvəkkili və iki mülki şəxs Məmmədlinin evinə gələrək onu özləri ilə aparıblar. “Aparılanda səbəblər barədə heç bir məlumat verilməyib. Yalnız bildirilib ki, Məmmədlini Zərdab Rayon Polis Şöbəsinə aparırlar”.

Partiyadan əlavə ediblər ki, bir neçə saatdan sonra Məmmədli polis şöbəsindən buraxılsa da, sabah, iyunun 28-də məhkəmənin qarşısına çıxarılacaq. “Evindən apardıqları adamı polisə tabe olmamaqda ittiham ediblər.

Əsl səbəb isə sosial şəbəkədəki  tənqidi yazılarıdır”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az