[:az]Nigar Həzi: ‘Tofiq Yaqublu prokurora deyib ki…'[:]

tərəfindən Gozetci

[:az]Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbsdə saxlanma müddətinin uzadılmasını apellyasiya məhkəməsi də haqlı hesab etdi. İyunun 24-də həbs-qətimkan tədbirinin daha iki ay uzadılması qərarından şikayətə baxan Bakı Apellyasiya Məhkəməsi onu təmin etməyib. T.Yaqublunun istintaq dövründə həbs müddətinin avqustun 22-nə qədər uzadılması haqda Nizami Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanıb.

Qapalı keçirilən məhkəmə iclasında T.Yaqublu özü də iştirak edib.

Vəkil Aqil Layıc AzadlıqRadiosuna bildirib ki, T.Yaqublu özünü təqsirli bilməyib: “Biz bildirdik ki, həbsin uzadılması üçün maddi və prosessual əsaslar yoxdur. Bu fikrimizi də əsaslandırdıq. Amma məhkəmə şikayətimizi təmin etmədi. Tofiq Yaqublu ilk gündən təqsirsiz olduğunu, sifarişlə həbs olunduğunu bildirir”.

A.Layıc əlavə edib ki, istintaq dövründə T.Yaqublunun həbsdə saxlanması qərarından artıq Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərilib.

T.Yaqublunun qızı Nigar Həzi deyir ki, atasının istintaq dövründə həbsdə saxlanmasının əsaslarından biri kimi, onun bundan əvvəl həbsdə olması göstərilir.

“Prokuror Tofiq Yaqublunu cinayətkar, residivist kimi təqdim edir. Ata da haqlı olaraq cavab verib ki, “cinayətkar mən yox, sizsiniz, üzərinizdə yüzlərlə günahsız adamın qanı, ömründən oğurlanmış illəri var”. Tofiq Yaqublu üç aydan çoxdur həbsdədir, ortada heç bir istintaq hərəkəti yoxdur. Bir ekspert rəyini aylardır ala bilmirlər. Daha doğrusu, almırlar ki, işi məhkəməyə göndərsinlər”, – N.Həzi belə deyir.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az