[:az]DİN qarşısında polis zorakılığına qarşı etiraz aksiyası[:]

tərəfindən Gozetci

[:az]Çərşənbə axşamı saat 14-də bir qrup qadın fəal DİN-in binası qarşısında “Polis zorakılığına son!” şüarı altında etiraz aksiyası keçirib. Fəallar iyunun 7-də və 8-də sərt karantin günlərində Yeni Yasamal yaşayış massivinin sakinlərinə qarşı polis zorakılığına etiraz ediblər.

Fəal Nərmin Şamharzadə aksiyanın keçirildiyi yerə gələn polis əməkdaşlarına bildirib ki, iyunun 8-də vətəndaşlar zibil atmaq üçün çıxan insanın həbsinə etiraz ediblər. İnsanlar polisə zibil atıblar, heç bir polis xəsarət almayıb.

“Sizin vəzifəniz vətəndaşların hüquqlarını qorumaqdır. Sizlər isə məhkəmə qərarı olmadan, qanunsuz şəkildə vətəndaşın evinə basqın edirsiniz, vətəndaşı yarıçılpaq vəziyyətdə ailəsinin gözü qabağında basıb aparırsınız, söyüş söyürsünüz, şillələyirsiniz Siz o vətəndaşın yerində olsanız, buna razı olarsınız, kimsə sizə belə eləsin? Hələ bütün bu qanunsuzluqları videoya da çəkmisiniz. Polis əməkdaşlarında bu cəsarət hardandır?”, deyə o bildirib.

Buna cavab olaraq polis Şahmarzadəni və digər aksiya iştirakçılarını saxlayıb, avtobusa mindirərək aksiya yerindən aparıb. Bu zaman fəallar “Polis zorakılığına son!” şüarı səsləndirirdilər.

DİN məsələ ilə bağlı şərh verməyib.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az