[:az]Yevlaxda vəziyyət barədə[:]

tərəfindən Gozetci

[:az]Yevlaxda “Qaraçı məhəlləsi” (Bakıdan 295 km. qərbdə) təcriddə qalır, ikinci gündür ki, yerli sakinlərdən başqa oraya heç kim buraxılmır. Bu barədə Turan-a yerli mənbələr bildiriblər.

Xatırladaq ki, iki gün əvvəl Yevlaxda koronavirusla yoluxma halında kəskin artım qeydə alınıb. Yoluxan şəxslərdən 53-ü həmin məhəllənin sakinləridir.

Sərt karantin tədbirləri sakinlərin narazılığına səbəb olub və onlar polislə qarşıdurma yaradıblar.

Şəhərə daxili qoşunlar yeridildikdən sonra vəziyyət sabitləşib.

Rayona giriş-çıxışda blokpostlar qoyulub.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, məhəllədə təxminən bir min yarım adam yaşayır.

Hazırda həkimlər məhəllə sakinlərinin müayinəsini davam etdirirlər, bütün xəstələr xəstəxanaya yerləşdirilib.

Turan

[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az