[:az]’Uşağını həkimə apararkən saxlanaraq naməlum istiqamətə aparılıb'[:]

tərəfindən Gozetci

[:az]Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Səid Məmmədzadəni (Bakuvi) mayın 16-da mülki geyimli şəxslərin saxladıqları bildirilir.

Bu barədə Azadlıq Radiosuna AXCP-dən məlumat verilib.

Məlumata görə, S. Məmmədzadə uşağını həkimə apararkən saxlanaraq naməlum istiqamətə aparılıb:

“Təxminən saat 15:00-da Səid Məmmədazdə uşağı ilə yol qırağı ilə gedərkən metronun “Elmlər Akademiyası” stansiyanın yaxınlığında ağ avtomobillə ona yaxınlaşəblar. Maşındakı bir nəfər “məni tanımadın?” soruşub. Mənfi cavab alandan sonra,oradakı digər 4 nəfər uşağının gözü qarşısında zorla Səid Məmmədzadəni həmin ağ maşına otuzdurub, aparıblar”.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az