AXCP üzvü və jurnalist saxlanıldı

tərəfindən Gozetci

Mayın 9-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının Mingəçevir şöbəsinin üzvü Ceyhun Rzayev polis tərəfindən saxlanılıb.

Bu barədə Turana AXCP-dən məlumat verilib.

Məlumata görə, Rzayev Mingəçevir şəhərində “1941-1945” abidəsinin qarşısında Məmməd Əmin Rəsulzadənin şəklini qaldırdığına görə yerli polis tərəfindən saxlanılıb.

Aksiyanı çəkən jurnalist Elçin Həsənov da polis tərəfindən mindirilərək naməlum istiqamətə aparılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Bu gün AXCP-nin daha  iki üzvü Elxan Əliyev və Əli İmanxanlı saxlanılıb. AXCP-nin məlumatına görə, elə  bu gündə partiyanın fəalları Nərimanov məhkəməsinə aparılıb.

Saxlanmanın səbəbi məlum deyil. Çox ehtimal ki, onlar karantin rejimini pozduğuna və polisə müqavimət göstərdiyinə görə inzibati qaydada həbs ediləcəklər.

Son bir ayda 12 AXCP fəalı inzibati qaydada həbs olunub, daha biri isə cinayət işi üzrə məhkum edilib.

Turan

 

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az