[:az]Hüquq müdafiəçisi prokurorluqda dindirildiyini deyir[:]

tərəfindən Gozetci

[:az]Bugün, mayın 8-də hüquq müdafiəçisi Zəfər Əhmədovun Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində dindirildiyi bildirilir.

Bu barədə Z.Əhmədov özü məlumat verib. Onun sözlərinə görə, mayın 8-i səhər saatlarında ona prokurorluqdan zəng edilib: “Zəng edən şəxs məni idarəyə dəvət etdi. Rəsmi çağırış vərəqəsini istəyəndə isə bildirdi ki, onun zəngi rəsmi çağırış kimidir”.

Üç saata yaxın Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində olduğunu bildirən Z.Əhmədovun vurğulamasına görə, onu şahid qismində dindiriblər: “Mənə hansı cinayət işi üzrə dindirildiyim barədə məlumat vermədilər. Güman edirəm ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, “Azadlıq” qəzetinin müxbiri Səadət Cahangirin dindirildiyi eyni cinayət işi ilə bağlı ola bilər”.

Bu açıqlamaya, hələlik, Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az