[:az]Xaçmaz sakinləri su tələb edirlər[:]

tərəfindən Gozetci

[:az]Xaçmaz rayonunun Ağarəhim Oba və Köhnə Xaçmaz kəndlərinin sakinləri Çərşənbə günü rayon İcra Hakimiyyətinin binası qarşısında aksiya keçiriblər. Onlar  su, qaz qıtlığı və digər sosial problemlərdən şikayətləniblər.

“Suyumuz, qazımız yoxdur, yollar pis vəziyyətdədir. Bələdiyyə isə 10 ildən çox fəaliyyət göstərsə də problemlərin həlli ilə məşğul olmur. Mart ayında qazımız çəkilməli idi, hələ də ortada heç nə yoxdur. Su yoxdur deyə əkdiyimiz ağaclar quruyub. Kanalda su var. Varsa, suvarma su niyə buraxılmır? Hər il su olurdu bu il niyə yoxdur? Səbəbi bizə izah etsinlər”, – Ağarəhim Oba kəndinin sakini bildirib.

Köhnə Xaçmaz sakinləri da suyun olmamasından əziyyət çəkdiklərini bildirib.

“Biz bura gəlmişik ki, icra başçısı bizə köməklik etsin. Sutkalarla suyumuz gəlmir”, – kənd sakinlərindən biri deyib.

Hadisə yerinə gələn polis əməkdaşları Samux-Abşeron su kanalında suyun əvvəlki səviyyədə olmadığını bildiriblər. “Bu il su azdır deyə, sizə də su daha az verilir. Su ədalətli bölünməlidir. Bunu nəzarətdə saxlayacayıq”, – polisin nümayəndəsi bildirib.

Öz növbəsində İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanov bildirib ki, dünən Xaçmazın bütün kəndlərinə suvarma suyu verilib. Onun sözlərinə görə, qrafik tərtib edilib.

“Rayona 12 kub metr su verilməlidir, amma su qıtlığı olduğuna görə 3,5 kub metr verilir. Bir neçə gün sonra su bol olacaq və bu problem həll olunacaq”, – məmur sakinləri əmin edib.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az