[:az]Apellyasiya Məhkəməsi Fuad İsmayılovun şikayətini təmin etməyib[:]

tərəfindən Gozetci

[:az]Martın 13-də Bakı Apellyasiya Məhkəməsi Milli Məclisə seçkilər üzrə 32 saylı Suraxanı üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Fikrət Cəfərlinin məşvərətçi səs hüquqlu komissiya üzvü Fuad İsmayılovun şikayətini təmin etməyib.

Bu barədə vəkil Cavad Cavadov məlumat verib.

Vəkil məhkəmənin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verəcıyini bildirib.

Martın 7-də Suraxanı rayon Məhkəməsi Fuad İsmayılovu İnizbati Xətalar Məcəlləsinin 206-cı maddəsi (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) ilə günahlandıraraq iki ay inzibati həbsə məhkum edib.

Vəkilin sözlərinə görə, Fuad İsmayılov narkotik ittihamını qəbul etmir və o artıq 6-cı gündür etiraz olaraq aclıq edir. Vəkil onun İsmayılovla görüşünə icazə verilmədiyini bildirib.

“Fuad İsmayılov həbsi zamanı, narkoloji dispanerdə və Binəqədidə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində işgəncəyə məruz qalıb.

“İşgəncə faktı ilə bağlı prokurorluğa müraciət edəcəm,” o qeyd edib.

Məhkəmə iclasında iştirak edən deputatlığa namizəd olmuş Fikrət Cəfərli ombudsmana və beynəlxalq təşkilatlara müraciət edərək Fuad İsmayılova qarşı işgəncələrin dayandırılmasına kömək etmələrini xahiş edib.

“Fuad İsmayılovun qulağında qanaxma var, dizi əzilib. Onun vəkili və ailə üzvləri ilə görüşünə imkan verilmir. Fuad bəy bütün bunlara etiraz olaraq artıq altıncı gündür aclıq edir,” Cəfərli qeyd edib.

Cəfərli bildirib ki, Fuad Ismayılov 32 saylı Suraxanı üçüncü Seçki Dairəsinin 8-ci seçki məntəqəsində səsvermə zamanı qanunsuzluğun qarşısını alıb.

“Həmin məntəqədə səsvermənin nəticələri etibarsız sayılıb.”

Fikrət Cəfərli seçki məntəqəsində baş verən qarşıdurma ilə bağlı video da yayıb. Videoda Fuad İsmayılov səsvermə zamanı qanun pozuntusunun qarşısını alarkən polis əməkdaşları məntəqəyə daxil olur və onu zorla məntəqədən çıxarmağa cəhd edir.

Fuad İsmayılov fevralın 21-də Mərkəzi Seçki Komissiyasının binası qarşısında divara seçki qanunvericiliyinin pozulmasına etiraz olaraq “Fu Məzi” şüarı (MSK sədri Məzahir Pənahova etiraz kimi ictimaiyyət belə ifadələr səsləndirir-red) yazdığına görə saxlanılmışdı.

Rəsmi qurumlar hələ İsmayılovun saxlanılması barədə məlumat yaymayıb və onun ailəsinə də hər hansı məlumat verilməyib.

Amerikanin Səsi[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az